Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu

0
18

Sosial şəbəkələrdə Sumqayıt Telekommunikasiya Qovşağının iki əməkdaşının koronavirusa yoluxduğu ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, qurumun koronavirus infeksiyası aşkarlanan əməkdaşlarından biri qadın, digəri isə kişidir. Onların karantinə alındığı deyilir.

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov açıqlamasında faktı təsdiqləyib:

“Qovşağın virusa yoluxan iki əməkdaşından biri qrip olduğu üçün işə gəlmirdi və müayinə olunub. Koronavirusla bağlı müayinə nəticələri pozitiv çıxıb. Digər yoluxan əməkdaşla təmasda olduğu iş yoldaşları da müayinə olunub və nəticələr neqativ çıxıb. Həmin işçilərin otaqları və ümumilikdə qovşağın daxili, ətraf  yenidən dezinfeksiya olunub”.

Qeyd edək ki, rəsmi məlumata görə, Sumqayıtda indiyədək 250 nəfər koronavirusa yoluxub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here