«AT BELINDƏ AYAQ ÜSTƏ DURAN «QOCA» XALQI GƏLƏCƏYƏ DEYIL,  GERI ÇƏKİLMƏYƏ SƏSLƏYIR…»

0
740

 

Son 10-15 ildə  Bakıda ucaldılmış heykəllər nədənsə, əvvəllər mövcud olmuş demokratik qanun, qayda və ənənələrə zidd olaraq yüksək səviyyəli məmurlar tərəfindən, əslində onların ifadələrinə görə məhz Ölkə başçısı tərəfindən istənilən heykəltəraşlara müsabiqəsiz paylanılır.

Bildiyimiz kimi dövlət  sifarişli abidələr dövlət tərəfindən, dövlət büdcəsindən maliyyələşir. Belə  olan halda elə dövlətimiz də, hökumətimiz də və onun büdcəsi də xalqımıza məxsusdursa, xalqımızın da yetirdiyi digər heykəltəraşlar ordusu varsa, abidələrin sifarişi bu cür müsabiqəsiz «paylanırsa», heykəltəraşlar arasında haqlı etirazlara və narazılıqlara səbəb olur ki, bu da istər-istəməz onların konstitusion, beynəlxalq insan  hüquqlarını, azadlıqlarını kobud  şəkildə tapdalanması deməkdir.

Hər bir peşəkar sənətkar İlahi qüvvələr tərəfindən seçilir və onların da yaradıcılığında və şəxsi niyyətlərində xalqa yüksək səviyyədə xidmət etməklə, xalqımızın mədəniyyətinin, incəsənətinin inkişafına təkan verən və şöhrət gətirə bilən əsərlər yaratmaq həvəsi, arzusu  ilə  yaşayıb yaradırlar. Bunun üçün İlahi Haqqın, Ədalətin, Halallığın gözlənilməsi şərtlərini bərqərar edən səlahiyyətli Qanun-qaydaların olması  gərəkdir ki, həmin müqəddəs layihələrin şərəfli təntənəsinə apara bilsin. Yoxsa belə müqəddəs işlərdə qohumbazlığa, yerlibazlığa, korrupsiyaya və s. neqativ hallara yol vermək olmaz. Çünki hər bir yaradıcı fərd şəxsiyyətdir, onların da ülvi hissləri var və ədalətsizlik onlara böyük psixoloji və mənəvi zərbə vurmaqla, sağalmaz ruh düşkünlüyünə səbəb olur.

Mədəniyyətimizdə də inhisarçılığın mövcudluğu nəticəsidir ki, son illərin heykəltəraşlıq abidələri sönük, şablon, hətta massonların ideologiyasına xidmət edən, anti-bəşəri abstrakt formalarla, Ulu Tanrının heç nədən yaratdığı möcüzədən – REALLIQDAN-dan qaçaraq şeytani hisslərə uyaraq, «yenilik» və «novatorluq» xatirinə bir çox yaradıcılıq cərəyanların «tilsimlərinə» düşərək bu cür sındırılmış «forma» və «məzmunsuzluq»larla – xalqımızın aktual problemlərini «tərənnüm» etməklə  və onları bilərəkdən, şirnikləşdirməklə – çox yüksək qonorarlar xatirinə Haqqa, İnsanlığa, Bəşəriyyətə qarşı meydan oxuyurlar. Hazırda Respublikada bir neçə titulu rəssamlardan başqa digər qalan çoxsaylı rəssamlar ordusu həqiqətən də maddi və mənəvi sarsıntılar içərisində yaşayırlar, utandıqlarından və qorxduqlarından səsləri çıxmır.

Müsabiqəsiz «paylanmış» son sifarişlərdən – Bakıda ucaldılacaq «Babək» abidəsidir ki, onun da obrazı layiqincə tapılmadığından «Koroğlu» və «Rəşid Behbudov» adına Mahnı Teatrının qarşısında» başqa səviyyəsiz abidələrin aqibətini yaşayacaqdır. «Babək» 2 dəfə 10 metrə hündürlükdə gipsdən böyüdülüb, uğursuzluqdan ikisini də sındırıb atıblar. 3-cü dəfə həmin kompozisiyanı bir daha 10 metr  böyüdüblər və çarəsizlikdən «qəbul»  ediblər və artıq heykəlin formaları  çıxardılıb, bürüncdən tökmək üzrədirlər.

 

Abidələr bayramqabağı – mövsümi şüarlar deyil ki, bir neçə gündən sonra götürülə. Odur ki, yüksək  səviyyəli, məzmunlu abidələr əbədi yaşamağa layiqdirlər, səviyyəsiz abidələr  isə  xalqa  utanc gətirər.

Təəssüf ki, ölkəmizdə, mədəniyyətimizdə və incəsənətimizdə, ədəbiyyatımızda «tənqid» sözü,  «tənqid problemi» unudulub, ləğv olunub. Sağlam tənqid – aynadır, aynadakı təsvirə görə aynanı sındırmazlar, aynadakı

tənqidə görə nəticə çıxarmaq və minnətdarlıq gərəkdir. Sağlam tənqid  acı da olsa dərmandır.

79 yaşında peşəkar, titulsuz, heykəltəraş və sənətşünas kimi Azərbaycanda keçirilən heykəltəraşlıq müsabiqələrinin heç birinin ədalətli keçirilməsinin şahidi olmamışam. Bunun əsas səbəbi – müsabiqə təşkilatçılarının, münsiflərinin xislətindən və iyrənc niyyətlərindən ibarətdir ki, cinayət törədirlər!

Hətta hüquqşünasılqda – məhkəmələrdə belə qayda (MPM-nin 19.2 maddəsi) vardır ki, işi mühakimə edən hakim iş prosesi  başlamazdan əvvəl hakimin özü  tərəflərə müraciət edir ki, hakimə, yaxud Kollegiyasına onların bu prosesini aparmaqlarına etirazları varmı?  Bu gözəl, ədalətli maddənin hüquqşünaslıqda  haqlı yerini tutduğu halda, nə üçün həyatımızın  ən yüksək mənəvi, etik və estetik forması olan incəsənətdə özünə yer  tapmasın? Müsabiqə əslində güləş deməkdir. Çoxları orda-burda özlərindən dəm vururlar, ancaq  xalça üstünə çıxmaq lazım gələndə gizlənirlər.

Müsabiqə haqqında mənim 2010-cu  ildə balaca qəzetlərdən birində bütöv səhifəni tutan, dörd nömrədə çap olunan  «Müsabiqəsiz «gecəqondu» heykəllər» adlı 20 səhifəlik məqaləm dərc olundusa da, mərkəzi, samballı qəzetlər qəbul etmədiklərindən, balaca qəzetdəki məqaləmi çox adamlar oxuya bilmədilər.

Həmin məqalədə araşdırdığım  məxəzlərdən – əsl ədalətli müsabiqənin (özü də heykəltəraşlar arasında) Miladdan öncə V əsrdə böyük Fidiyin  zamanda – Elladada keçirilmişdir. Yunanıstanın Qızıl dövrünü formalaşdıran amillərdən biri də sənətkar – cəmiyyət – dövlət arasında əsl ədalətli münasibətin – seçimin  yaranması və tətbiqi olmuşdur. O zaman müsabiqələr kilsələr, məbədlər, kahinlər, ağsaqqallar, şurası, xalq yığıncaqları tərəfindən elan olunaraq, hər hansı mövzuda ən ləyaqətli, mükəmməl sənət əsərlərinin yaranmasına xidmət edərdi. Maraqlı və əlçatmaz cəhət  bu idi ki, sifarişçilər həmin müsabiqənin münsifliyini, jüriliyini iştirakçıların özlərinə etibar edərək (axı həqiqətən də müsabiqə keçirilən mövzunu özünə güvənib, onu tamamilə hərtərəfli – tarixi, etnoqrafik və s. chətdən (sifarişçilərdən də yüksək səviyyədə, tam, doğruluğu ilə öyrənməyən və öz sənətkarlıq qüdrətinə inanmayan sənətkar müsabiqəyə, güləşə, xalça üzərinə çıxmaz), bir şərt qoyardılar – müsabiqənin hər bir iştirakçısı  təqdim olunmuş layihələrə diqqətlə, vicdanla  baxıb öz layihəsini birinci yerəqoymamaq şərtilə, təqdim olunmuş layihələrə bədii gücünə görə 1-ci və sonuncu yerədək sıralamaqla siyahı tutar, bununla da tutuşdurularaq 1-ci yeər ən çox səs toplayan layihə (müəllif) qalib sayılardı. Əlbəttə, 2-3-cü yerlər də həmçinin.

Zənnimcə, həsədaparılacaq ədalət, demokratiya elə budur. Çünki həmin işə nə sifarişçi, nə nazir, məmur, nə də münsiflər heyətində iştirak edən «sənətkarlar» heç kim müdaxilə etmirdi! Budur Haqqın, ədalətin təntənəsi!

Bizim Azərbaycanda necə olur? «Babək» abidəsi ilə əlaqədar Mədəniyyət Nazirliyindən, Bakı Şəhər İcra Hakimiyyətindən aldığım cavablarda «Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ucaldılan abidələrin hazırlanması bir qayda olaraq mövzu üzərində illərlə işləmiş, yaradıcılıq axtarışları aparmış, çoxsaylı  eskizlər hazırlayaraq mütəxəssislərin müzakirəsinə təqdim emiş,  təcrübəli, qarşıya qoyulmuş bədii tapşırığın öhdəsindən gəlmək iqtidarında olan professional heykəltəraşlara  həvalə olunur». (… və nəticəəsi də göz qabağındadır…)

Çox istərdim ki, bu ibrətamiz üsul nəinki bizim yaradıcılıq müsabiqələrində, bizim seçkilərdə də, hətta Prezident seçkilərində belə! Axı bu dövlət də, bu ölkə hamınındır – onu sevənlərin, onun üçün canlarından keçməyə bazar olanlarındır!

Ən ülvi, ibrətamiz bir haldır ki, kainatı yaradan Uca Tanrı Özünə bilərəkdən müxalifət yaratmaqla, həqiqətən ideal həyat tərzi – ideal kosmik qanunlar yaratmışdır ki, «Xeyir» və «Şər» qüvvələri bizim maddi dünyamızda qarşılıqlı münasibətləri tənzimləyir. Bəşər övladının həyatının mənası bu iki qütblərdən birinə – ya halallıqla, təmiz niyyətlə, nəfsini qorumaq şərti ilə «Xeyir»ə və başında duran tək olan Uca Tanrıya, yaxud dünya ialına – sərvətə, şəhvətə, jşöhrətə,  harama əl atıb və onun başında duran Şeytana – İblisə – «Şər»ə qulluq göstərməklə, öz əməllərinə, niyyətlərinə görə axirət dünyası qazanmağındadır. Bu seçimində insan azaddır. Şeytanın vəzifəsi isə Uca Tanrının tapşırığı ilə insanları gecə-gündüz imtahana çəkməkdir. Allaha təmiz, nurlu, işıqlı ruhlar lazımdır. kimi imtahandan necə çıxır (lakmus kağızı kimi), o, özü cavabdehdir. İmtahanda ruha heç kim, heç nə kömək edə bilməz, yalnız təmiz, işıqlı, nurlu, saf niyyətdən və əməldən başqa!  Allah insandan  «yaradıcı», Şeytan isə insnadan «robot» formalaşdırır. İnsanlar gündəlik həyatlarında onu yaradan Uca Tanrını və onun Haqq yolunu unudub Şeytanın (Lüsiferin) fitnəsi ilə asan haram əl atır və öz səhvini başa düşəndən, başı  daşdan-daşa dəyəndən sonra Şeytana lənətlər yağdırır. (?) Şeytanın günahı yoxdur. O, Allahın tapşırını dəqiqliklə yerinə yetirir. Ganıh insanın özündədir. Lənət olsun Haqq yolunu azmış insanların cəmdəyinə ki, o Yaradanı və onun Haqq  yolunu unutmuş, harama əl atmışdır!

Heykəltəraş, Xalq rəssamı Arif Qazıyevin «Babək» heykəl  modeli keçən əsrin 80-ci illərindən bu mövzuda işlədiyi son variantdır. Nümayiş olunan həmin kompozisiya, görünür, «yuxarılarda» dəstək tapdığından, «Koroğlu»da olduğu kimi, müsabiqəsiz-filansız…

 

Hər hansı bir mövzuda  onilliklərlə işləməkdən asılı olmayaraq, ortaya ləyaqətli, sanballı əsər təqdim etmək gərəkdir, həm də neçə on illər mövzu ətrafında işləmək kiməsə müsabiqədən kənar sifariş almaq  səlahiyyəti vermir, o ki, qaldı  söhbət Bakıdan – paytaxtdan gedirsə.

Arif Qazıyevin «Babək»i əslində professional  heykəltəraş kimi kompozisiyanın atla-qəhrəmanın proporsiyalarını (ölçülərini) onların anatomik quruluşunu və plastik həllini mövcud uyğun bənzər layiqincə işləməsinə baxmayaraq, elə ilk baxışdan Babəkin qorxmaz, mərd-dönməz obrazını deyil, bunların əksini andıran assossasiya təsəvvürü yaradır. Belə ki, əsərdə at belində üzəngidə ayaq üstə duran «qoca»  sərkərdə sağ  əlindəki qılıncla birlikdə qolunu tam açaraq arxaya yönəltməsi xalqı, qoşunu düşmən üzərinə irəliyə, qələbəyə deyil, sanki geriyə çəkilməyə səsləyir. Üstəlik, bu cür kompozisiya Bişkekdə türk dünyasının şöhrətli dastanlarından «Manas»a həsr olunmuş qırğız heykəltəraşı Sadıxovun məşhur əsərindən plagiyatdır. Müəllif deyə bilər ki, Babək xalq qarşısında çıxış edib xalqı mübarizəyə səsləyir, amma  əsl sənətkar – qəhrəmanını mübarizəyə hazırlaşan vaxtı deyil, birbaşa xalqı artıq inandırıb arxasınca aparan anını, məğlubedilməz bir sərkərdə kimi özü qabaqda nümunə olaraq meydana şir-aslan kimi girməsini, onun qələbəyə inam  dolu, qisas dolu patektikasını verilməlidir.

Heykəltəraş Arif Qazıyev «Babək» əsərində qəhərmanın atının da yuxarıda göstərdiyim plastik-anatomik formalarını düzgün yevrsə də, atın psixoloji durumu – çox bəsit, atın qabaq sağ ayağı azca qaldırıldığından atın zəif – tənbəl psixologiyası ilə qəhrəmanlıq  tərzi arasında tərs mütənasiblik yaradır və iki dal və bir sol qabaq ayaqlarının yerlə təması dayaq nöqtələrinin daha uğurlu, möhkəmlik üçün bərabər tərəfli üçbucağa oxşar olmayıb, əksinə burada sol qabaq ayaqla sol arxa ayaq arasında uzun məsafə və ya çox böyük 130 dərəcədən çox olmaqla, bir düz xətt oxşar olmaqla, 10 metrlik bürüncdən tökülən heykəl (Günəşlidən qalxan hündürlükdə daha güclü küləklər əsdiyindən) çox güman ki, aşa, yıxıla, uça bilər.

Müəlliflər belə incə şeylərə diqqət yetirməyi bacarmalıdır.  Bir də heykəltəraş öz əsərinin ssenari yazanı, rejissoru, ən başlıcası qəhrəmanı obrazını özünü – qüdrətli aktyor yaşamaqla onun dolğun, tam obrazını yaratmağı bacarmalıdır.

Onu da nəzərinizə çatdırım ki, heykəltəraş Arif Qazıyevin «Babək» əsərinin qurulması SOKAR-a həvalə olunub, yalnız bronzadan tökmə işi ARİ-nin İstehsalat Yaradıcılıq Kombinatına tapşırılıb.

Hələ ki. gec deyil, – «ziyanın  yarısından qayıtmaq da xeyirdir» – atalar sözünə rəğmən həmin qüsurlu heykəl tam hazır olmamış, dondurularaq mənim də (5 diplomlu, titulsuz) bir qocaman heykəltəraş kimi hazırladığım 10-a qədər «Babək» layihələrimə şəxsən baxmasını ölkə Prezidenitndən xahiş edirəm.

Qoy ədalət qalib gəlsin!

 

 

Cümşüd İbrahimli,

Heykəltəraş-sənətşünas.

Cümşüd İbrahimlinin həyat və yaradıcılığı haqqında qısa məlumat:

Cümşüd Rəşid oğlu İbrahimli 1941-ci ilin May ayının 28-də Gürcüstan Respublikasının Marneuli şəhərnidə (Sarvan kəndi) kolxozçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Marneuli Azərbaycan orta məktəbinə getmiş, 1958-ci ildə  isə Marneuli  1 saylı Azərbaycan orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1962-ci ildə Kirovabad (Gəncə) İnşaat Texnikumunu bitirən gənc Cümşüd iki il istehsalatda çalışdıqdan sonra, 1964-cü ildə sənədlərini Tbilisi Rəssamlıq Akademiyasının «Monumental heykəltəraşlıq» fakültəsinə verir və oraya daxil  olur. İki ay oxuduqdan  sonra onu ordu sıralarına apardılar. 1967-ci ildə ordudan təxris olunaraq Tbilisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirmiş, 1973-cü ildə oranın tam kursunu bitirmişdir.

Təyinatla Bakıya gələn (1973) cavan heykəltəraş 1974-cü ildə Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun  aspiranturasına qəbul edilir. «Sovet Azərbaycanın portret  heykəltəraşlığı» adlı dissertasiya mövzusu ilə yanaşı, Cümşüd Rəşid oğlu 1976-cı ildə paralel olaraq SSRİ Rəssamlıq Akademiyası (Bakı filialı) nəzdində ikinci aspiranturaya (əyani) daxil olur və 1978-ci ildə məşhur bəstəkar  və dirijor Niyazinin obrazı üzərindəki geniş hesabat işi ilə oranı bitirir. Həmin əsər hazırda maestronun ev muzeyində saxlanılır.

Heykəltəraş Cümşüd Rəşid  oğlunun yaradıcılığında bir sıra portret və kiçik həcmli  heykəl-kompozisiyalarla yanaşı, onlarca monumental layihə əsərləri də diqqəti cəlb edir. Onu da qeyd etməliyik ki, layihələrin əksəriyyətinin memarlıq həllini heykəltaraşın ozu vermisdir.

O, indiyə qədər 50-yə yaxın sənət və monumental əsəri hazırlayıb. Belə əsərlərdən “Imadəddin Nəsimi”, ”Niyazi”, ”Cəvahirləl Nehri”, “Indra Qandi”, “Koroglu”, “Sah Ismayıl Xətai”, “Qacaq Kərəm”, “Pənah xan”, “Rəşid Behbudov”, “Zeynalabdin Tagıyev”, “Nəsrəddin Tusi”, ”Y. Məmmədəliyev” və “Babək” əsərlərini göstərmək olar. Bu boyuk sənətkar hazırda “Borcalı səhidləri” adlı monumental kompozisiya üzərində calışır.