Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər -VİDEO

0
118

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin bəziləri bu cür fikirlə razı deyillər. Alimlər son müşahidələr çərçivəsində yenin planetin necə yarandığını təyin etməyi bacarıblar. Bu isə öz növbəsində planetlər daxilində və bütöv kainatda baş verən prosesləri dərindən incələməyə imkan verir.

Astronomların fikirlərinə əsasən onlar mümkün olmayan kəşfi reallaşdırıblar. İndiyənə kimi planetlərin necə yarandıqları üzrə çoxlu suallar mövcud idi. Məlum olub  ki, Cənubi Avropa rəsədxanasının böyük teleskopu tarixdə ilk dəfə yeni planetin yaranmasını müşahidə edib. Bu, mövcud olan nəzəriyyələrin təsdiq olunması ilə yanaşı həmçinin planetlərin daxilində gedən proseslər barədə dərin məlumatlar verəcək. Təqdim edilmiş videoda Auriga adlı ulduz sistemində yerləşən və Yer kürəsindən 520 işıq ili uzaqlığında olan AB Aurigae adlı obyektin ətrafındakı toz və qaz burulğanı əks olunub.

Alimlər güman edirlər ki, spiralların daxilində yeni yaranan planet mövcuddur. Həmin yaranan planet isə toz və qaz burulğanını yaradır. Görünür, yeni yaranan planet bu prosesin tam mərkəzində yerləşir. “Bu, planetlərin yaranması üzrə olan nəzəri modellər ilə uyğunlaşır. Bir spiral orbit daxilini əhatə edir, digər spiral isə mərkəzdə birləşərək xarici istiqamətdə genişlənir. Beləliklə həmin spirallar ətrafda olan toz və qazı yaranan yeni planetə yığaraq onu genişləndirirlər” – deyə astronomlar qeyd ediblər.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here