Aliment tələblərinə dair sənədlərin icrası kəskin artıb – RƏSMİ+VİDEO

0
65

Xüsusi karantin rejimi dövründə aliment məsələsi ilə yanaşı, uşaqların valideynləri ilə videogörüntü vasitəsilə görüşmələri bir qayda olaraq müəyyən edilib”.

Bu barədə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Rüstəm Rəhimov “Xüsusi karantin rejimi dövründə aliment və uşaqlarla ünsiyyət tələbinə dair məhkəmə qərarlarının icrasının xüsusiyyətləri” mövzusunda canlı yayımda çıxışı zamanı məlumat verib.

O bildirib ki, bu məsələyə xüsusi diqqət ayrılıb və nəzarətdə saxlanılır:

“Ötən il Nazirliyin İcra Xidmətinin yerli qurumlarının icraatında olan işlərin sayı 860 mindən çox olub. Aliment tələblərinə dair məhkəmə qərarlarının 10 il ərzində qeydə alınan statistikasına baxdıqda görürük ki, bu tələblərə dair sənədlərin icrasında da kəskin artım müşahidə olunur. Belə ki, 2010-cu ildə aliment tələbinə dair icraatda 28 mindən çox iş olduğu halda, 2019-cu ildə bu rəqəm 92 min 350 olub. Bu isə təxminən üç dəfə artım deməkdir.

Aliment alan uşaqların sayı 137 min 106 nəfər olub. Uşaqların yetkinlik yaşına çatması, tərəflər arasında barışıq sazişinin imzalanması, aliment tələbini irəli sürən şəxsin ərizəsini geri götürməsi əsasında bu işlərdən 11 min 677-sinin icrası başa çatıb. Bu istiqamətdə 80 mindən artıq işin icrası ilə bağlı isə yerli icra qurumlarında işlər davam etdirilir.

Qeyd edim ki, ötən il aliment tələbinə dair işlər üzrə tələbkar şəxslərə 143 milyon 500 min manatdan artıq vəsait ödənilib. Ötən 2019-cu il ərzində icraatda olan aliment işlərinin 9 faizinin icrasının təmin edilməsi mümkün olmayıb. Bunun da obyektiv səbəbləri var”.

R.Rəhimov alimenti bilərəkdən gecikdirən şəxslər və bu məsələyə laqeyd yanaşan icra məmurları ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Əgər yerli icra orqanlarında çalışan icra məmurları bu məsələyə laqeyd münasibət bəsləyirlərsə, vətəndaş ilk növbədə həmin qurumun rəhbərinə məlumat verilməlidir. Müraciət əsasında qurum rəhbərinin icra məmuru barədə gördüyü tədbir vətəndaşı qane etməzsə, bu zaman Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət edə bilər”.