“Xüsusi təyinatlılarımız düşmən ordusunun qorxulu kabusuna çevrilib”

0
67

Bu gün Xüsusi Təyinatlı Qüvvələr günüdür.

 

Bu mühüm günlə bağlı açıqlama verən hərbi ekspet Şair Ramaldanov, Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin mövcud durumu, döyüş qabiliyyəti, peşəkarlıq səviyyəsinə diqqət çəkib:

 

“Bu gün bizim xüsusi təyinatlıların 21 yaşı olur. Bu, prinsip etibari ilə o qədər böyük vaxt deyil. Lakin buna baxmayaraq, bizim xüsusi təyinatlılarımız uğurlu döyüş yolu keçiblər, onların hamısı peşəkardır. Onlar düşmənin qorxulu kabusuna çevrilib.

 

Onlar nəyə qadir olduqlarını aprel döyüşlərində də göstərdilər. Demək olar ki, əməliyyatın ilk saatında xüsusi təyinatlılar onların qarşısında qoyulan tapşırığı tam şəkildə yerinə yetirdi. Xüsusi təyinatlılarımız bu döyüşlərdə sadəcə peşəkarlıq deyil, həm də qəhrəmanlıq nümunələri göstərdi. Onların heç biri tutduğu mövqedən geri çəkilmədi. Onlar canları bahasına olsa da, əldə etdikləri mövqeləri qoruyub saxladılar. Xüsusi təyinatlılarımızda vətənpərvərlik ruhu olduqca böyükdür.

Onlar bizim qürur yerimizdir.

 

Xüsusi təyinatlılar beynəlxalq yarışlarda da iştirak edir. Keçən il Türkiyədə 28 dövlətin xüsusi təyinatlıları arasıdna keçirilən yarışlarda bizim xüsusi təyinatlılar birincilik əldə etmişdi ki, bu da yüksək peşəkarlıqdan xəbər verir.

Xüsusi təyinatlıların hazırlanması, onların xüsusi bilik, bacarıq və intellektə yiyələnməsi üçün dövlətimiz tərəfindən çox gözəl bir baza yaradılıb. Dünyanın qabaqcıl ordularının xüsusi təyinatlılarının təcrübəsi də davamlı olaraq öyrənilir. Bizim xüsusi təyinatlılarımız sadəcə öyrənmirlər. Onlar həm də digər dövlətlərin ordularına dəvətlər alır, orada müxtəlif tədbirlərdə öz bacarıqlarını göstərirlər.

 

Xüsusi təyinatlılarımız komandanlığın istənilən əmrini yerinə yetirməyə hazırdır. Bizim xüsusi təyinatlılarımız bizim ordumuzda, eləcə də düşmən ordusundakı istənilən silahdan istifadə qabiliyyətinə malikdirlər.

Əminəm ki, bu gün bütün xüsusi təyinatlılar çoxlu təbriklər alıb. Mən də bu təbriklərə qoşulur, onlara yeni-yeni uğurlar azrilayıram”.