Xırdalanda oğul atasını döyüb xəstəxanalıq etdi

0
177

Xırdalanda oğul atasını döyüb xəstəxanalıq etdi
Bakının Xırdalan şəhərində oğul yaşlı atasını döyərək ağır xəsarətlər yetirib.

Hadisə Heydər Əliyev prospektindəki ünvanda baş verib.

1948-ci il təvəllüdlü Əliyev Səxavət Feyruz oğlu evdə oğlu ilə mübahisə edib. Oğlu onu mübabisə zəminində döyüb.

Yaralı ağır- kəllə beyin travması və müştərək travma diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Faktla bağll Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.