“Xarici yardımlardan asılı olan Ermənistanın vəziyyəti daha da ağırlaşıb”-RƏY

0
68

Ermənistanda virusa yoluxanların sayı 1 523-ə çatıb, 24 nəfər ölüb.

Ermənistan iqtisadiyyatının yardımlara möhtac bir iqtisadiyyat olduğunu nəzərə alaraq sərhədlərin bağlı qalması, yardımların gəlməməsi Ermənistan siyasətinə və iqtisadiyyatına hansı ziyanlar vura bilər?

Bu barədə politoloq Nəzakət Məmmədova açıqlama verib.
"Xarici yardımlardan asılı olan Ermənistanın vəziyyəti daha da ağırlaşıb"-RƏYPolitoloq bildirib ki, koronovirus pandemiyası ölkələrin fors-major vəziyyətlərə hazırlıq durumunu əyani surətdə ortaya çıxarıb və Ermənistan da koronavirus pandemiyası qarşısında aciz qalan ölkələrdəndir:

“Xarici yardımlardan asılı olan bir ölkə üçün bu vəziyyət əlbəttə ağırlaşdırıcı haldır. Martın 16-dan etibarən işğalçı ölkədə fövqəladə vəziyyət tətbiq olunub. Ermənistan fövqaladə vəziyyət rejimi şəraitində öz vətəndaşlarına ölkəyə gəlməyə icazə versə də, koronavirusun kəskin yayıldığı ölkələrin vətəndaşlarının sərhəddən keçərək Ermənistan ərazisinə daxil olmasına qadağa tətbiq edib. Eyni zamanda öz vətəndaşlarının quru yolla ölkəni tərk etməsinə icazə verilməsə də, yük daşımalarına isə icazə verilib. Ermənistan qeyd etdiyimiz kimi pandemiya ucbatından bir sıra böyük problemlərlə qarşılaşıb.
Məlumata görə, Ermənistan Türkiyədən pandemiya ilə mübarizə aparmaq üçün yardım istəyib. Lakin Ermənistan XİN bunu təkzib edib və bildirib ki, Ermənistan Türkiyədən yalnız orada qalmış 73 vətəndaşının gətirilməsi üçün kömək göstərilməsini xahiş edib və bundan başqa türk hökumətindən heç bir əlavə xahiş edilməyib. Erməni apostol kilsəsi Konstantinopol patriarxlığının rəhbəri Maşalyanla söhbətdə Türkiyə prezidenti Ərdoğan Ermənistana dərman preparatları ilə kömək etməyə hazır olduğunu bildirsə də, Ermənistan aprelin 9-da bunu təkzib və Türkiyədən kömək istəmədiklərini bəyan etdi. Əksinə, Paşinyan Avrasiya İqtisadi Birliyinin videokonfrans vasitəsilə keçirilən iclasında Rusiyaya göstərdiyi köməyə görə təşəkkür edib.

Ermənistanın Baş naziri koronavirusla mübarizədə ölkəsinin beynəlxalq tərəfdaşlarından kömək aldığını da etiraf edib. O, təşkilat çərçivəsində azad ticarət əlaqələrinin saxlanılmasının vacibliyini qeyd edərək, Gürcüstan və Ermənistan sərhəddindəki yolun ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Ermənistan təkcə Çin və Rusiyadan yox, bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan virusla mübarizə üçün böyük maliyyə dəstəyi və humanitar yardımlar almaqdadır. Avropa Komissiyası məlum olduğu kimi Ermənistana 92 milyon avro vəsait ayırıb. ABŞ dövləti də Ermənistana COVID-19 pandemiyasının dəf edilməsi üçün qlobal fövqəladə yardım paketi çərçivəsində 1,1 milyon dollar ayırmışdır.

Gördüyümüz kimi yenə də Ermənistana yardımlar davam edir və kiçik Ermənistan yardım alarkən əhalisinin sayının az olmasına baxmayaraq daha çox vəsait almağa nail olub”.

F.Ağayeva