Survivor”da əlbəyaxa dava – Kim qovulacaq? + Video

0
204

“Survivor” yarışmasında “könüllülər” qrupunun iki üzvü-Yasin Obuzla Barış Murat Yağcı arasında əlbəyaxa dava olub.

proqramın paylaşılan anonsunda iştirakçılar arasında yaranan gərginlik diqqətdən yayınmayıb.

Onlar əvvəlcə mübahisə edib, daha sonra dava etməyə başlayıblar. Tərəflər digər yarışma üzvlərinin köməyi ilə ayrılıb.

Mövzu barədə layihə rəhbəri Acun Ilıcalı açıqlama yayıb. O, instaqramda iştirakçıların “Survivor”dan qovulub-qovulmayacağını müzakirə edəcəklərini bildirib:

“Mükafat oyunu var idi. Hamı qazanmaq istədiyi üçün ortaya bu cür görüntülər çıxdı. İndi iclas keçirəcəyik. İştirakçıların oyundan kənarlaşdırılması barədə müzakirə aparıb yekun qərar verəcəyik”.