Suriyada xəstəxanaya terror hücumunun görüntüləri yayıldı – VİDEO

0
107

Sosial şəbəkələrdə Suriyanın İdlib əyalətində yerləşən Cisr əl-Şuqur şəhərindəki xəstəxanaya terror hücumunun görüntüləri paylaşılıb.

Heyət Təhrir əş-Şam” qruplaşmasının yaraqlıları xəstəxananı partladaraq, şəhəri mühasirəyə alıblar. Güman olunur ki, video beş il əvvəl baş vermiş hücumu əks etdirir. Bundan dörd həftə sonra terrorçular cihadçıların dəstəyi ilə şəhəri ələ keçirmişdilər.

Qeyd edək ki, 2020-ci ilin mart ayının 5-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada İdlib dislokasiya zonasında atəşkəs rejiminin qüvvəyə minməsinə dair saziş bağlayıblar.

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martında başlayıb.