Sibir meşələrində yanğın tüğyan edir

0
60

Rusiyanın Sibir Federal Dairəsində 25,3 hektar meşə ərazisini əhatə edən yanğın başlayıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, Federal Dairənin Meşəçilik Şöbəsinin müdir müavini Yuri İvankonun sözlərinə görə, 12,7 min hektar ərazidə yanğın artıq lokallaşdırılıb.

Rusiya Prezidentinin Sibir Federal Dairəsi üzrə nümayəndəsi Sergey Menyaylo isə qeyd edib ki, yanğının tüğyan etdiyi ərazidə vəziyyət mürəkkəb olaraq qalır:

“Yanğınların sayı ötən illə müqayisədə, 4,5, yanğının əhatə etdiyi sahə isə təxminən doqquz dəfə çoxdur. Bu il meşə yanğınları mövsümü ötən illərlə müqayisədə, bir-iki həftə tez başlayıb”.