Samir Nəsirov İNK sıralarından uzaqlaşdırıldı

0
1110

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov mətbuata açıqlamasında bildirmişdir: “İNK-nın qaydalarına riayət etməyən, vəsiqədən şəxsi məqsədlər üçün sui-istifadə edən şəxslərə təşkilatımızın sıralarında yer yoxdur”.

Rasim Məmmədovun əmrinə əsasən İNK-nın Saatlı rayon nümayəndəliyinin sədri Samir Nəsirov tutduğu vəzifədən və İNK sıralarından uzaqlaşdırılmışdır.

Buna səbəb Samir Nəsirovun haqqında İNK-ya daxil olan çoxsaylı şikayətlər,  rəhbərliyin əmrlərinə itaətsizlik və eyni zamanda onun rayon ictimaiyyətini narahat edən məsələlərlə bağlı fəaliyyətsizliyi və etinasızlığı olmuşdur.

“ictimaixeber.az”