Rusiyada “Qocalar evi”ndə yanğın: Çox sayda yaralı və ölən var

0
166

Rusiyada gecə saatlarında “Qocalar Evi”ndə baş verən yanğın nəticəsində 15 nəfər reanimasiyaya yerləşdirilib.

Moskvada baş verən yanğında, ümumilikdə, 16 nəfər xəsarət alıb.

İki nəfərin vəziyyəti kritik, 13 nəfərin ağır, bir nəfərin isə orta ağır qiymətləndirilir.

Faciə nəticəsində dörd nəfərin öldüyü bildirilir.

Faktla bağlı cinayət işi açılıb.