Rusiyada dəlixanadan 6 xəstə qaçıb: Onlar həkimdən açarları zorla alıblar – VİDEO

0
96

Rusiyanın “TASS” dövlət agentliyi xəbər verir ki, altı xəstə İrkutsk Regional Psixiatriya Xəstəxanasından qaçıb.

Onlardan biri gecə növbətçi həkimin boğazına naməlum bir əşya dirəyib və açarları verməsini tələb edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qaçan xəstələrin axtarışını davam etdirir. “TASS” bildirir ki, qaçanlar 19-28 yaş arasında olan şəxslərdir.

Agentlik xatırladır ki, 2019-cu ilin dekabr ayında Çitadakı Kandinski Psixiatriya Xəstəxanasında məcburi müalicə alan iki xəstə ikinci dəfə tibb müəssisəsindən qaçmışdı. Prokurorluq psixiatriya xəstəxanasının rəhbərliyini təhlükəsizliklə bağlı ciddi nöqsanlara yol verməkdə suçlamışdı.

Belə ki, xəstəxana mühafizə xidmətindən istifadə etməmişdi. Halbuki belə xəstəxanalarda mühafizə xidmətinin olması mütləqdir. Bundan əlavə, müəssisə mühəndis və texniki təhlükəsizlik vasitələri ilə də təchiz olunmamışdı.