Ramazan ayının altıncı gününün imsak və iftar vaxtları

0
335

Sabah Ramazan ayının altıncı günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 30-da imsak vaxtı saat 04:02-də, iftar vaxtı isə 19:50-dədir.

Altıncı günün imsak vaxtı üçün duasını təqdim edirik:

Duanın oxunuşu: “Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin”.

Tərcüməsi: “İlahi, Öz minnət və qüdrətinlə məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!”

İftar duası:

Duanın oxunuşu: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli”.

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm”.

Allah orucunuzu qəbul etsin!