“Qaş düzəldən yerdə…” – İnternetdə koronavirusa qarşı yayılmış məsləhətlər təhlükəlidir

0
367

Həkimin sözlərinə görə, xüsusilə heç bir halda “immuniteti artırmaq üçün” hidrogen peroksidi içmək olmaz.

Koronavirusdan qorunmaq üçün internetdə yayılmış bir sıra məsləhətlər təhlükəli ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı həkim Mariya Blinova “Rossiyskaya Qazeta” nəşrinə müsahibəsində bildirib.

V.V. Vinoqradov adına Moskva Şəhər Klinik Xəstəxanasının həkimi Blinovanın sözlərinə görə, infeksiyanın qarşısını almaq üçün kağız dəsmallardan qoruyucu maskanın necə hazırlandığını göstərən video təlimatlara etibar etmək olmaz.

Elşad MəmmədovBlinova qeyd edir ki, koronavirusa yoluxmadan yalnız respirator xilas edə bilər, tibbi maska isə yalnız başqalarını yoluxdurmamaq üçün bir maneə kimi istifadə oluna bilər.

“İstənilən başqa məmulat isə nə sənin özünü, nə də başqalarını qoruyur”, – həkim vurğulayıb.

Blinova bildirib ki, internetdə yayılmış bəzi məsləhətlər sağlamlıq üçün təhlükəli ola bilər. Onun sözlərinə görə, xüsusilə heç bir halda “immuniteti artırmaq üçün” hidrogen peroksidi içmək olmaz.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, bütün dünyada 900 mindən çox yoluxma halı qeydə alınıb, 46 mindən çox insan dünyasını dəyişib.