“Qalatasaray”dan ayrılacaq futbolçular

0
56

Mövsümün sonunda “Qalatasaray”dan ayrılacaq futbolçular müəyyənləşib.

İstanbul təmsilçisi 8 futbolçu ilə yolları ayırmaq fikrindədir.

Mövsümün əvvəlində “Brayton”dan icarəyə götürülən Flron Andone Premyer klubuna qayıdacaq. İngiltərənin digər klubu “Fulhem”dən icarəyə götürülmüş Jan-Mişel Seri London təmsilçisinə geri dönəcək.

Qış fasiləsində “Ayaks”a icarəyə verilən Rayan Babel də “sarı-qırmızılar”dan ayrılacaq. İstanbul klubu 13 milyon avroya transfer etdiyi Mbaye Dianı da satmağı planlaşdırır.

“Qalatasaray” Cimmi Durmaz, Yuto Naqatomo və Mariano ilə də yollarını ayırmağı düşünür.

Səlçuk İnanın isə karyerasını bitirib, texniki heyətdə yer alacağı gözlənilir.

Super Liqa klubu icarəyə fötürdüyü Henri Onyekuru və Mario Leminanı komandada saxlamağa çalışacaq.