PSJ rəhbərliyi futbolçularla maaş danışıqlarında razılığa gələ bilmədi

0
298

“Pari Sen Jermen” (PSJ) klubu oyunçularla əmək haqlarının azaldılması ilə bağlı razılığa gələ bilmir. Bu barədə Mundo Deportivo” bildirib.

Məlumata görə, klub hələ bu məsələdə futbolçularla razılıq əldə edə bilməyib. Qeyd edilir ki, hazırda danışıqlar dalana dirənib.

PSJ rəhbərliyi klubun böhrana görə təxminən 240 milyon avro itirə biləcəyini hesablayıb. Lakin futbolçular böhran şəraitində belə, əmək haqlarının azaldılmasına etiraz edirlər.