Özünü körpüdən atmaq istəyən gənc xilas edildi – Foto

0
183

Özünü körpüdən atmaq istəyən gənc xilas edildi

Şirvanda intihara cəhdin qarşısı alınıb.

Sabirabad rayon sakini, 1997-ci il təvəllüdlü Camallı Camal Mirzə oğlu özünü Sabirabad və Şirvan rayonlarını birləşdirən körpüdən atmaq istəyib. Bu zaman ərazidə olan polis 23 yaşlı gənci fikrindən daşındırıb.

C.Camallının hansı səbəbdən intihara cəhd etməsi rayon polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.