Normadan artıq ərzaq almaq QADAĞAN OLUNDU

0
105

Almaniya hökuməti ölkədə elan edilmiş xüsusi rejimlə əlaqədar qaydaları sərtləşdirib. Belə ki, bəzi ərzaqların alınması ilə bağlı qadağa tətbiq edilib.
Bu barədə Almaniyada yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlu məlumat paylaşıb.
Bu gündən etibarən marketlərdən 1 ədəd mətbəx kağızı, 1 ədəd tualet kağızı, 2 qutu makaron, 2 qutu un, 2 qutu düyü, 5 paket süddən artıq almaq qadağandır.
Bununla bağlı artıq marketlərdə elan da yerləşdirilib.