Muxtar respublikanın şəhər və rayonlarında davamlı olaraq dezinfeksiya işləri aparılır

0
68

Muxtar respublikada yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə yaşayış binaları, küçə və prospektlər, avtomobil yolları, insanların sıx toplaşdığı yerlər, dayanacaqlar davamlı olaraq dezinfeksiya edilir, tibbi-profilaktik tədbirlər görülür.

Naxçıvan bürosu xəbər verir ki, dezinfeksiya işləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən və xüsusi avadanlıqlar quraşdırılmış maşınlarla aparılır.

Növbəti dezinfeksiya tədbirləri Naxçıvan şəhərinin Səməd Vurğun küçəsi, Çənlibel, Qoçüstü və 9-cu məhəllələri, ticarət obyektlərini, “Saat Meydanı” turistik istirahət mərkəzinin ətrafı və Cümə məscidini əhatə edib.

Bundan başqa nazirliklərin, idarə və müəssisələrin yerləşdiyi binaların ətraf əraziləri, avtomobil dayanacaqları, parkların ərazilərində uşaqlar üçün yaradılan əyləncə attraksionları, oturacaqlar və səkilər dərmanlanıb.

Dezinfeksiya işləri Naxçıvan şəhərinin avtomobil yollarında və səkilərdə də aparılıb.