Koronavirusla mübarizə aparan həkimlərə hücum etdilər – Hökumət ayağa qalxdı

0
85
Koronavirusla mübarizə aparan həkimlərə hücum etdilər - Hökumət ayağa qalxdıMeksikada COVID-19-la mübarizə aparan həkimlərə hücumlar edilir.

Hökumət kəndlilərin koronavirusla mübarizə aparan tibb işçilərinə hücumlarından narahatdır.

Meksika rəsmiləri həkimlərə yönəlmiş qəzəb hissinin yolverilməz olduğunu vurğulayıblar:

“Tibb işçilərinin hücuma məruz qalması bizi narahat edir”.

Səhiyyə nazirinin müavini Uqo Lopes-Hatel mətbuat konfransı zamanı bildirib ki, epidemiyanın üçüncü mərhələsində həkimlər virusun yayılmasının qarşısını almaqda əsas rol oynayacaqlar: “Həkimlərə qarşı aqressiya ictimai yerlərdə və nəqliyyatda baş verib”.

Meksikada koronavirusa 4219 yoluxma fatı qeydə alınıb. 273 nəfər ölüb, 21 277 analizin nəticəsi isə neqativ çıxıb.