Koronavirusla bağlı Dubayda oteldə yerləşdirilmiş vətəndaşlarımız Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə təşəkkür ediblər

0
448

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində işləyən və yeni növ koronavirus pandemiyası ilə əlaqədar işlərini, habelə yaşayış yerlərini itirən Azərbaycan vətəndaşları dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar.

AZƏRTAC xəbər verir ki, dövlət rəhbərliyinin tapşırığına əsasən, 25 ailədən və daha 71 nəfərdən ibarət olan azərbaycanlılar ölkəmizin BƏƏ-dəki səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən “Hampton By Hilton Dubai Al Barsha” otelində yerləşdiriliblər, onlara gündə iki dəfə yemək verilir.