Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi

0
71

Türkiyədə 22 yaşlı qadın koronavirus olduğunu gizlədərək doğuş üçün həkimə müraciət edib.

Kocaelidə A.D-nın dini nikahlı həyat yoldaşı 22 yaşlı N.Ü-nun koronavirusa görə verdiyi analizin cavabı müsbət çıxıb.

Müalicə alacağını bildirərək N.Ü xəstəxanadan ayrılıb.

Evə gələn qadının anidən doğuş sancıları başlayıb.

Sağlam uşaq dünyaya gətirən N.Ü-nün müalicəsi xəstəxanada davam etdirilir.