Koronavirusa görə 25 ölkənin xarici borcunun qaytarılması təxirə salındı

0
213

Beynəlxalq Valyuta Fondu (BVF) COVID-19 səbəbindən iqtisadiyyatı zərər görmüş 25 ölkənin xarici borclarının qaytarılmasını təxirə salıb.

Bununla bağlı “Demirören Haber Ajansı” (DHA) BVF-nin baş icraçı direktoru Kristalina Georgiyevanın açıqlamasına istinadən xəbər yayıb.

BVF rəsmiləri altı ay müddətinə ödənişlərini təxirə salacaq ölkələrin siyahısını təsdiqlədiyini bildirib.

Açıqlamada K.Georgiyeva BVF-nin Fəlakətlərlə Mübarizə və Yardım Fondunun hazırda 500 milyon dollar ehtiyatının olduğunu və bunun 185 milyon dollarının Böyük Britaniyadan, 100 milyon dollarının Yaponiyadan, qalan vəsaitin Çin, Niderland və digər ölkələrdən gəldiyini qeyd edib.

Bildirilib ki, BVF bu ehtiyatı 1,4 milyard dollara çatdırmağı hədəfləyir.