Koronavirus tibbi maskalarda, əskinaslarda və parçalarda nə qədər yaşayır? – ARAŞDIRMA – VİDEO

0
102

Honkonq Universiteti və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutundan bir qrup mütəxəssis, COVID-19-un müxtəlif səthlərdə, o cümlədən tibbi maskalarda nə qədər yaşaya biləcəyini müəyyənləşdirib.

Araşdırma müxtəlif səthlərdə aparılıb. Bütün işlər laboratoriyada, otaq temperaturunda aparılıb.

Mütəxəssislər, virusun kağızlarda 3 saatdan az müddətdə qaldığını müəyyən edib. Virus, parça  gödəkçədə ikinci gün yoxa çıxıb. İstifadə olunan tibbi maskalarda isə o bir həftəyə qədər qalıb.

Eynək və əskinaslardan virus yalnız dördüncü gün, paslanmayan polad və plastikdə isə  4 -7 günə yoxa çıxıb.
Mütəxəssislər ağardıcı da daxil olmaqla, adi məişət dezinfeksiyaedici maddələrin virusu öldürməsində təsirli olduğunu təsdiqləyib.

“Özünüzü qorumaq istəyirsinizsə, yalnız gigiyena qaydalarına riayət edin, əllərinizi mümkün qədər tez-tez yuyun və dezinfeksiya etmədən üzünüzə, gözünüzə, ağzınıza və burnunuza toxunmamağa çalışın”, – hesabatda qeyd olunub.