Koronavirus daha bir orqana təsir edir — Alimlərdən açıqlama

0
88

Koronavirus  daha bir orqana təsir edir

Koronavirus infeksiyası ağciyərdən başqa digər orqana da təsir edir.

ABŞ mütəxəssisləri koronavirusun ağciyərlərdən başqa, insanın beyninə də zərər vurduğunu açıqlayıblar.

Alimlər bildiriblər ki, ağciyərlərin fəaliyyəti pozulan xəstə respiratora bağlanır, lakin beyin üçün bunu etmək mümkün deyil.

Nevroloqlar bəzi koronaviruslu xəstələrin beynində ciddi pozuntuların yarandığını aşkarlayıblar.

Həmin xəstələrdə koronavirusdan sağaldıqdan sonra nitqin pozulması və reaksiyanın zəifləməsi müşahidə edilib.