Koronavirus dərmanı ilə bağlı daha bir iddia

0
479

Koronavirus dərmanı ilə bağlı daha bir iddia

Çinin Uhan şəhərindən bütün dünyaya yayılan koronavirusu 48 saat içində məhv edən dərmanın adı açıqlanıb.

Bu barədə professor Bengi Başer sosial şəbəkədə məlumat paylaşıb. Avstraliyada “İVERMECTİN” adlı parazit əleyhinə dərmanın laboratoriya şəraitində 48 saat müddətində COVİD-19-u öldürdüyü sübut olunub.  Ən qısa müddətdə kliniki prosedurların başladılacağı və müsbət nəticə əldə olunarsa, bəşəriyyətin böyük bəladan xilas olacağı qeyd edilib.

Qeyd edək ki, “İVERMECTİN” parazit infeksiyaların müalicəsində istifadə edilən, bitlənmə, qaşınma, strongiloidiazis, trikuriazis, askariazis ve lenfatik filariasis əleyhinə dərmandır.

Parazit daxilindəki hissələrə bağlanaraq təsir göstərməyə başlayan dərman onu iflic edərək öldürür və infeksiyanı müalicə edir.

“İVERMECTİN”in yorğunluq, enerji itirilməsi, ürək bulanması, qusma, ishal, qaşınma kimi əks-təsirləri var.