Koronavirus ancaq ağciyər və beyinə zərər vermir

0
60

Dünyanı bürüyən koronavirusun insanın bir çox daxili orqanına zərər verdiyi məlum olub.

Çin və ABŞ alimlərinin araşdırmalarının nəticələrinə görə, virus ancaq ağciyər, beyin və sinir sisteminə zərər vurmur.

Eyni zamanda, ürək, böyrək, qaraciyər və bağırsaqları da zədələyir.

Məlum olub ki, koronavirus ürək əzələsinin iltihabı və bu orqanın qəfil dayanmasına səbəb olacaq ritm pozulması yarada bilər.

Bundan başqa, mütəxəssislər koronavirus bitdikdən sonra dünyada insanların psixoloji xəstəliklərinin artacağını da proqnozlaşdırırlar