Kimlərin təhsil haqqı ödəniləcək?

0
597

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək.

Bəs kimlərə şamil olunacaq bu və hansı illərin təhsil haqqı ödəniləcək? Kimdir bu, həssas əhali qrupu?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bu məsələyə şərh verib.

O bildirib ki, sosial cəhətdən xüsusi yardıma ehtiyacı olan əhali qrupu, əlillər və onlara bərabər tutulan şəxslər həssas qrup hesab olunur:

“Yəni özü və ya valideynləri hansısa əlillik qrupuna daxil olursa, onların özləri, övladlarını və ya himayəsində olan tələbələr təhsil haqqından azad ediləcəklər.

Deyəcəksiniz ki, onsuz da əlillər prezidentin sərəncamı ilə təhsil haqqından azad edilib. Bəli, elədir, amma I və II qrup əlil, valideynlərindən birini itirmiş, digəri isə əlil olmuş uşaqlar təhsil haqqından azad edilmişdi. İndi isə bu, vəziyyətindən asılı olmayaraq hər kəsə şamil olunacaq.

Belə ki, valideynləri və ya özü əlil olan şəxslər 2020-ci ilin 2-ci semestr təhsil haqqını ödəməyibsə, onun qalan təhsil haqqı borcu ödənəcək. Amma kimsə ödəyibsə, onun pulu geri qaytarılmır.

Hətta 2020-2021-ci tədris ili üçün də bu qrupa daxil olanların təhsil haqqı ödəniləcək.

Nəzərə alsaq ki, bu məqsədlə 40 milyon manat ayrılıb, bu da kifayət qədər yetərli məbləğdir”.