Keçmiş məhkumdan beşbarmaq və bıçaq, onun avtomobilindəki sərnişindən isə narkotik vasitə götürülüb

0
137

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Əlahiddə Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Mahmudovun idarə etdiyi “Opel” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq, sərnişini S.Mayılovdan isə narkotik vasitə olan politetilen aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.