Katerdə koronaviruslu xəstənin olduğunu eşidənlər özlərini dənizə atdılar – VİDEO

0
208

İndoneziyada bəzi işçilərində koronavirus aşkar edilən katerin limana yaxınlaşmasına icazə verilməyib.

Kater Şərqi Nusa Tenqaradan Maumere şəhərinə gedirmiş.

İçərisində 255 sərnişinin olduğu katerdə işçilərin bəzilərinin koronavirusa yoluxduğu və bu səbəbdən onun limana yaxınlaşmayacağı anons edilib.

Bu zaman katerdə olan beş sərnişin qorxaraq özlərini dənizə atıblar.

Onlar xilas edilib və katerin limana yaxınlaşmasına icazə verilib.

Karantinə alınan katerdə bütün sərnişinlər koronavirusun müəyyən edilməsi üçün test edilib.