Karantindən qaçanlar “itkin düşmüş şəxslər” siyahısına əlavə ediləcək – SON DƏQİQƏ…

0
68

Türkiyədə 14 günlük karantin müddətinə əməl etməyən şəxslər və müalicə üçün aparıldıqları xəstəxanadan qaçanlar “itkin düşmüş şəxslər” siyahısına əlavə ediləcək və epidemiya yaydıqları üçün mühakimə ediləcəklər.
Qaydalara əməl etməyənlərin şəxsi məlumatları Respublika Prokurorluğunun və yerli hakimiyyətin göstərişi ilə sistemə daxil ediləcək və yaxalandıqları zaman həbs edilərək barələrində cinayət işi açılacaq.