Karantin rejimini bəhanə edərək alimentdən yayınanlar məsuliyyətə cəlb edilib – RƏSMİ

0
68

“Ölkədə mövcud karantin rejimindən sui-istifadə edərək aliment ödəməkdən yayınan şəxslər var”. Bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin Baş İcra İdarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.

O bildirib ki, həmin şəxslər ölkədə tətbiq edilən xüsusi karantin rejimini bəhanə edərək, aliment ödəməkdən yayınmağa çalışıblar:

“Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin İcra Baş idarəsi müvafiq tədbirlər həyata keçirib. Məhkəmə icraçıları tərəfindən də bu istiqamətdə zəruri addımlar atılır. Aliment ödəməyən şəxslərə bildirişlər göndərilir, polis vasitəsilə həmin şəxslər müəyyən edilərək gətirilirlər. Ümumilikdə, cari il aliment ödəməyən 38 şəxs barəsində cinayət işi başlanıb”.