Kanada gecə vaxtı qana bulandı: Cinayətkar 16 nəfəri öldürdü

0
106

Qatili tutmaq üçün polis təxminən 12 saat əməliyyat keçirib. Əməliyyat bazar günü səhər saatlarında, Qalifaks şəhəri yaxınlığında baş çatıb. İnsanlara atəş açan şəxs öldürülüb

 Kanadanın Yeni Şotlandiya vilayətində baş verən atışma nəticəsində ən azı 16 nəfər ölüb.

Məlumata əsasən, şənbə günü 51 yaşlı Qabriel Uortman Portapik şəhəri və digər yaşayış məntəqələrində insanlara atəş açıb. Onu tutmaq üçün polis təxminən 12 saat əməliyyat keçirib. Əməliyyat bazar günü səhər saatlarında, Qalifaks şəhəri yaxınlığında baş çatıb. İnsanlara atəş açan şəxs öldürülüb.

​Uortmanın üzərində polisə formasına bənzər forma olub, lakin o hüquq mühafizə orqanlarının əməkdaşı olmayıb. Onun hadisəni törətmə səbəbi açıqlanmır.

Polis komissarı Brenda Lakinin sözlərinə görə, insident terrorizm kimi dəyərləndirilmir.