Kamran Əliyevin yerinə gələn şəxs kimin oğludur?

0
271

Prezident İlham Əliyev Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin namizədliyini irəli sürüb. Onun təqdimatı artıq Milli Məclisdədir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə isə Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Ramil Abbas oğlu Məcidov təyin edilib.

Ramil Məcidov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin keçmiş rəisi, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin oğludur. R.Məcidov uşaqlıqdan babasının yanında böyüdüyü üçün soyadı fərqlidir.

R.Məcidov həmçinin Sumqayıtın icra başçısı Zakir Fərəcovun kürəkənidir.

Həmçinin R.Məcidov DTX-nın general Rauf Xələfovla qohumdur.