İstanbulda partlayış: 17 nəfər yaralandı – Video

0
47

Türkiyənin İstanbul şəhərində Beylikdüzü rayonunda partlayış baş verib.

Hadisə təbii qaz boru xəttində aparılan təmir işləri zamanı meydana gəlib.

Partlayış nəticəsində 17 nəfər xəsarət alıb. Yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib. Yüngül xəsarət alan 15 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.