İspaniyada koronavirusdan ölümlərin artım tempi azalıb

0
192

Son 24 saatda İspaniyada 605 nəfər koronavirusdan həyatını itirib.

Bu barədə İspaniyanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, son günlərdə İspaniyada günlük qeydə alınan ölüm saylarında azalma müşahidə olunur. Bununla ölkədə epidemiyanın pik həddinin artıq geridə qaldığı güman edilir.

Bu günə qədər  İspaniyada koronavirus səbəbindən ölənlərin sayı 15,843-ə çatıb. Ölkə üzrə xəstəliyə yoluxanların ümumi sayı isə 157,022 nəfər təşkil edir.