İşıq limiti niyə tətbiq edilmir? – Açıqlama

0
158

Koronavirusla əlaqədar dəymiş ziyanın azaldılması məqsədilə qəbul edilmiş tədbirlər planına əsasən elektrik enerjisindən güzəştli istifadə limitinin 300 kVt/saatdan 400 kVt/saata çatdırılmasına baxmayaraq, enerjidən istifadəyə görə ödəniş əvvəlki qaydada hesablanır. Bunu vətəndaşlara təqdim edilən işıqpulu çeklərində də müşahidə etmək olur.

Məsələ ilə bağlı  açıqlama verən Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev bildirib ki, bu qərar hələlik quruma təqdim edilməyib.

“Bizə bununla bağlı sərəncam gəlməlidir. Biz icra strukturuyuq, hansı gündən olsa, dərhal icra etməyə hazırıq”, – o bildirib.