İmişlidə 22 yaşlı oğlan bacısının ərini bıçaqladı

0
380

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Yuxarı Qaralar kəndində qeydə alınıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Ələkbərli Əli Bakir oğlu yeznəsi – 1990-cı il təvəllüdlü Məmmədov Cavid Ayət oğlu ilə mübahisə edib.

Mübahisə C.Məmmədovun mütəmadi olaraq, arvadını döyməsi ilə bağlı baş verib. Bacısını döydüyünə görə, Ə.Ələkbərli C.Məmmədovu evində bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Ələkbərli tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlayıb.