İlham Əliyevə İctimai Nəzarətçilərin məktubu

0
611

Möhtərəm Prezidentimiz,
Ali Baş Komandanımız

Sıralarında yalnız Sizi sevənlərin, Sizə pərəstiş edənlərin toplandığı İctimai Nəzarət Koalisiyasının, Sabitlik və İnkişaf Mərkəzinin, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin bütün üzvləri adından Sizə minnətdarlığımızı və arzularımızı bildirmək istəyirəm. Bu günə qədər insanların həyat tərzinin, iş şəraitinin yaxşılaşdırılması, ölkə əhalisinin gələcək firavan yaşayış təminatından hər birimizin yararlanması yolunda atdığımız qlobal, fenomen addımlar indi bütün dünya ölkələrinə örnək ola biləsi pandemiyaya qarşı qabaqlayıcı tədbirlərlə birləşərək Sizi dünyanın mükəmməl ölkə simvolunun yaradıcısı etməklə yanaşı, hər bir ailənin ən yaxın dostuna və sirdaşına çevirmişdir.
Sizə yazılan saysız-hesabsız məktublar bunun möhtəşəm sübutudur.
Arzu edirik ki, bu Sizə olan minnətdarlıqlar yalnız yazılarda deyil, əməllərdə də öz əksini tapsın.
Sizin xeyirxah, nəcib, dürüst, çevik, uzaqgörən, fədakar, mərhəmətli rəhbər simvolunuz ölkəmizin və dünyanın bir çox yerlərindəki yurddaşlarımızın qırılmaz dayaq nöqtəsidir, ümid, pənah və uğur zirvəsidir.
Həmişə olduğu kimi, indi də başımızın üstünü almış bu qara buludların parlaq günəşlə əvəz olunacağına inamımız böyükdür. Bu inamı bizim hər birimizdə yaratdığınıza görə Sizə təşəkkür edirik.
Sizə insanların qəlbində yaratdığınız bu sevgi və ümid işığında uzun illər sağlam, gümrah, əzmlə, sevinclə addımlamağınızı, daha yüksək zirvələr fəth etməyinizi arzu edirik.

Rasim Məmmədov,
İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri