İctimai Nəzarət Koalisiyasında yeni təyinatlar

0
725

İNK-nın Göygöl rayon nümayəndəliyinin rəhbəri vəzifəsinə bu rayonun Xaqani kənd uşaq musiqi məktəbinin dərs hissəsi müdiri Aygül Saday qızı Bağırova təyin olunmuşdur.

2006-cı ildə Gəncə Dövlət Universitetində təhsilini qırmızı diplomla bitirmiş A.Bağırova eyni zamanda, Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının  Gənclər Birliyinin sədr müavini vəzifəsində çalışır.

Onu da qeyd edək ki, İNK-nın Gəncə şəhərinin iki rayonu üzrə  nümayəndələri də təyin olunmuşdur. İNK-nın Gəncə şəhər nümayəndəliyinin sədri Altun Süleymanovun verdiyi təqdimata əsasən,  İNK-nın İdarə Heyətinin sədri (o, həmçinin DAMM-nin I vitse-prezidenti, SİMİB-in rəhbəridir) Rasim Məmmədov İNK-nın bu  şəhərin Nizami rayonu üzrə nümayəndəliyinə  Nərmin Qurbanovanın, Kəpəz rayonu üzrə nümayəndəliyinə isə  Günel Ələsgərlinin rəhbərlik etməsinə qərar vermişdir.

 

“ictimaixeber.az”