İctimai Nəzarət Koalisiyası video konfrans keçirdi

0
1100

Bu gün İNK – DAMM İB, SİMİB, YYSİB-in “koronavirus pandemiyası karantini dövründə yeni cəmiyyət düzəni və ictimai nəzarət” mövzusunda Ümumrespublika onlayn konfransı keçirildi. İNK-nın sədri, DAMM-ın I vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədovun, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydınxan Əbilovun təşkilatçılığı və aparıcılığı ilə gerçəkləşən bu konfransda İNK-nın 60-dan artıq nümayəndəlik rəhbərləri və məsul üzvləri iştirak edirdilər.
113 təşkilatı özündə birləşdirən İctimai Nəzarət Koalisiyasının 5 ilə yaxın fəaliyyət göstərdiyi müddət dövlət və ictimaiyyət arasında daha sıx əlaqələrin yaradılması, əhalini narahat edən yüzlərlə sosial və ictimai problemlərin həll edilməsində, xalqın böyük bir kütləsinin ictimai sabitliyin qorunması, siyasi, iqtisadi, sosial, mədəni problemlərin həlli istiqamətində görülən işlərlə maarifləndirilməsi ilə zəngin olmuşdur.
“Karantin dövründə bizim əsas məqsədimiz insanlar arasında çaxnaşmaların yaranmaması, ortaya çıxan problemlərin həlli istiqamətində qanunsuzluqlara yol verilməməsi, əhalinin bir qrup zəif nümayəndələrinin maddi və mənəvi ehtiyaclarının təmin edilməsində fəal, gərgin iş rejimi ilə işləmək oldu və bu fəaliyyətimizdən bir an da çəkilmək niyyətimiz yoxdur”.
Bu sözləri söyləyən Rasim Məmmədov eyni zamanda İNK-nın indiyə qədər olan bütün tədbirlərdə, həmçinin, hazrıkı dövrdə həyata keçirdiyi bütün önəmli işlərdə fəallıq, əzmkarlıq, humanistlik göstərmiş və böyük zəhmət çəkmiş bütün üzvlərinə minnətdarlığını bildirmişdir.
Konfransda İNK İB-nin məsul nümayəndələrindən Gözəl Xasıyeva, Valeh Mirzə, Nəzakət Kərimova, Ceyhun Haşımov, Sənubər Qasımova,Asif Allahyarov, Mahir Səfərov, Tural Kazımov, Nəcmiyyə Zeynalzadə, Əsgər Quliyev, İlahə Qurbanova, Qamət Əliyev, Altun Süleymanov, İlahə İsgəndərova, Aygül Bağırova, Emil Babayev, Asif Allahyarov, Tural Kazımov, Mahir Səfərov və digərləri son bir ayda görülən tədbirlər, ictimai monitorinqin nəticələri və qarşılaşdıqları problemlər, nəzərdə tutulan işlər barədə məlumat verməklə yanaşı, öz ürək sözlərini və arzularını ifadə etmişlər.

“ictimaixeber.az”