İctimai Nəzarət adından sui-istifadə edənlər cəzalandırılmalıdır

0
338

Ölkəmizdəki karantin rejimindən öz məqsədləri üçün faydalanmağa çalışan bir sıra siyasi işbazların sosial informasiya şəbəkələrində ölkənin müxalif yönümlü vətəndaşlarının dövlətimizin mənafeyinə kölgə salmaq istəyən, əsassız, uydurma mülahizələri ilə, ölkə düşmənləri, dar, zəif məsaməli düşüncə sahiblərinin narazılığından sui-istifadə ilə dövlət əleyhinə fəaliyyətlərini davam etdirməsi hər birimizə məlumdur. Bu üzdəniraq fəaliyyətlərin ölkə rəhbərliyinin bütün dünyaya nümunə ola biləsi, bir sıra digər dövlətlərin böyük rəğbəti ilə qarşılaşan sosial-iqtisadiyyat uğurları, siyasi, mənəvi, maddi, tibbi sağlamlıq sahələrində qabaqlayıcı fenomenal addımları ilə nə qədər kölgədə qalmış olsa da, demokratik prinsiplərimizdən sui-istifadə edənlərin xalqımızın vicdanlı nümayəndələri arasında narahatlıq yaratması göz qabağındadır.

Bu narahatçılığa səbəb olan amillərdən biri də vətəndaş cəmiyyəti altında qanunsuz iş görənlərdir.

5 ilə yaxın müddət ərzində ictimaiyyətin, sosial-maddi yönümdə zəif insanların müxtəlif problemlərinin həlli istiqamətində dövlət rəhbərinin irəli sürdüyü sosial-iqtisadi siyasətin bütün aspektlərinin ölkə daxilində həyata keçirilməsinə ictimai nəzarətin könüllülərinin maddi, fiziki imkanları hesabına reallaşmasına xidmət edən İctimai Nəzarət Koalisiyası dövlətə xəyanət edənlərin də, rüşvətxor məmurların da, cinayətkar işbazların da, qanunsuz təbliğatların da ifşa olunmasında əhəmiyyətli işlər görmüşdür.

İctimai Nəzarət Koalisiyasının adından istifadə edərək eyni adlı qanunsuz Vətəndaş Cəmiyyətinin yaradılması isə artıq xalqın bütün ictimai nümayəndələrinin qəzəbinə səbəb olmaya bilməz.

Son günlər İctimai Nəzarət Vətəndaş Cəmiyyəti adı ilə karantin qaydalarını pozmaqla məşğul olan bir qrup insanın qanunsuz əməllərinin cəzalandırılması vacib və təxirəsalınmaz bir addım kimi müvafiq aidiyyatı orqanların gündəmində olmalıdır.

Ümumiyyətlə son vaxtlar təşkilatımıza respublikamızda eyni ad altında fəaliyyət göstərən bir sıra ictimai informasiya mənbələrinin də xəbər izləyicilərinin böyük narahatlığına səbəb olması ilə bağlı şikayətlər daxil olur.

Sosial informasiya şəbəkələrində müəllifləri bəlli olmayan, insanlar arasında mənfi emosiyalar yaradan, qeyri-rəsmi mənbələrə əsaslanmış yalana bağlı olan xəbərlərlə əlaqədar dövlət orqanlarının bəyanatına xüsusi diqqət ayrılmalıdır.

Xüsusilə ölkə əhalisinin pandemiya şəraitində yaşadığımız bir dövrdə yalnız rəsmi məlumatlardan yararlanması vacibdir.

Eyni zamanda dövlətin müvafiq orqanlarının ölkə rəhbərliyinin göstərişini rəhbər tutaraq bu sahəyə nəzarətin gücləndirilməsi və lazımi tədbirlərin görülməsinə xüsusi diqqət ayırması təxirəsalınmazdır.

Rasim Məmmədov

İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri,

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti,

Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri