“Hubble” teleskopundan ad gününüzə maraqlı hədiyyə

0
137

 

Amerikanın NASA agentliyi tərəfindən “Hubble” Teleskopunun orbitdə 30-cu ildönümü münasibətilə maraqlı bir səhifə yaradılıb.

NASA-nın rəsmi internət səhifəsində yaradılan xüsusi bölmədə istifadəçilər öz doğum günlərini qeyd edərək həmin gündə “Hubble” teleskopu tərəfindən çəkilmiş şəkillərə baxa bilərlər. Görüntülər arasında Günəş sistemindəki planetlər, işıq ili uzaqlıqdakı ulduzlar və qalaktikalar, həmçinin “ulduz doğuşu” və başqa heyrətamiz kosmik hadisələrin şəkilləri yer alır.

Qeyd edək ki, “Hubble” teleskopu 1990-cı ildə fəzaya buraxıldığı gündən etibarən ilin hər günü kosmosdan ən az bir şəkil çəkib.

Sözügedən səhifəyə aşağıdakı keçiddən daxil ola bilərsiniz:

https://www.nasa.gov/content/goddard/what-did-hubble-see-on-your-birthday