Hindistanda “koronacihad” başladı: məscid yandırıldı, həbslər var

0
513

Koronavirusu bəhanə edərək Hindistanda müsəlmanlara hücum edirlər. İndoneziyadan gələn “Təbliğ camaatı” üzvlərindən bəzilərinin testinin pozitiv çıxması səbəbindən onlara işgəncə verilib və həbsxanaya atılıblar.

bu barədə Yeni Dehlidə yaşayan ərəb əsilli müsəlman gənc bildirib.

Türk mediasına açıqlama verən gəncin sözlərinə görə, ötən həftə heç bir səbəb olmadan müsəlmanlara aid məscidi yandırıblar: “Əgər qonşunuz olan hindli gedib yalandan sizin koronavirus daşıyıcısı olduğunu deyərsə, həmin andan siz bitmiş hesab olunursunuz. Dərhal həbsə atırlar”.

Başqa bir müsəlman gənc türk mətbuatına deyib ki, sosial mediada “Koronacihad” adı altında “Hindistanı müsəlmanlardan təmizləyin” kimi nifrət yaradan kampaniya aparılır.

M.D. adlı şəxs isə bildirib ki, hind millətçiləri ölkədən müsəlmanlardan təmizləmək üçün hər şeyi edirlər: “Bu nifrətin miqyası hər gün artır. Keçmişdə də vardı, indi nifrət daha da güclənib”.