Ev Cəmiyyət “Həkimlər koronavirusla mübarizədə ölsələr, şəhiddirlər” – Allahşükür Paşazadə

“Həkimlər koronavirusla mübarizədə ölsələr, şəhiddirlər” – Allahşükür Paşazadə

0
438

“Koronavirusla mübarizə aparan həkimlərə mücahid deyərdim. Elə bil ki, onlar bizim qoşunlarımızdır”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxüslam Allahşükür Paşazadə müsahibəsi zamanı deyib.

A.Paşazadə bildirib ki, bu gün həkimlərimiz koronavirus kimi düşmənə qarşı mübarizə aparırlar:

“Deyərdim ki, həkimlər bu gün sərhəddədirlər, düşmənlə vuruşurlar. Koronavirusun qarşısını almaq üçün hansı insanlar zəhmət çəkirlərsə, başda həkimlər olmaqla, əgər dünyasını dəyişirsə, mən elə hesab edirəm ki, şəhiddirlər. Onlar bizim üçün canlarını qurban verirlər. Həkimlərin qədrini bilməliyik”.