“Ferrari” koronavirusla mübarizəyə başladı – VİDEO

0
76

Ferrari” koronavirus pandemiyası ilə mübarizəyə qatılıb. Belə ki, İtaliya avtomobil istehsalçısı ağciyərin süni ventilyasiyası aparatları üçün klapan və bərkidicilərin  istehsalına başlayıb.

Bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, Maranello zavodunda əvvəllər avtomobil prototipləri hazırlayan şöbə artıq termoplastik komponentlərin istehsalını mənimsəyib.

Qeyd edilir ki, məhsullar Fövqəladə halların qarşısının alınması İdarəsinə yönəldiləcək və bundan sonra qurum onları xəstəxanalar arasında paylayacaq.