Ermənistanda deputata hücum edildi

0
52

Ermənistanda deputat Alen Simonyana hücum edilib. Bu barədə digər deputat Arman Babadcanyan Feysbuk hesabında məlumat verib. 

“Biz hamımız düşünməliyik, belə davam etmək olmaz. Mən Alenlə telefonla danışmışam. Hadisə barədə polis başçısı Arman Sarkisyana məlumat vermişəm”, – Babadcanyan sosial şəbəkədə qeyd edib.

Mübahisə müxalif “Adekvat” partiyasının nümayəndəsi Artur Daniyelyanla baş verib.