Erməni nazirdən koronavirusla bağlı ETİRAF

0
40

Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirusa yoluxma hallarının artmasını müxtəlif səbəblərlə əlaqələndirməyə çalışıb.

Nazir “Azatusyun” radiosunun efirində koronavirusun yayılması tempinin mütləq sayda artdığını etiraf edib.

“Təəssüf ki, bizdə virusun yayılmasının müxtəlif mərkəzləri var. Yəni əgər mart ortalarında bu mərkəzlər 1-2 idisə, sonra 3 oldu. Bundan sonra virus həmin mərkəzlərin xaricində yayılmağa başladı.

İndi ölkəmizdə bir-biri ilə əlaqəsiz 10, bəzən 20 mərkəz var və biz onları birinci oçaqla bağlayan bağı tapa bilmirik”, – deyə Arsen Torosyan qeyd edib.

Bu təbii, çox simptomsuz hadisə, mümkündür ki, virus COVID-19-a yoluxduğunu bilməyən insandan insana ötürülüb”, – Torosyan deyib.

 

Bu təbii, çox simptomsuz hadisə, mümkündür ki, virus COVID-19-a yoluxduğunu bilməyən insandan insana ötürülüb”, – Torosyan deyib.

Onun sözlərinə görə, koronavirusun yayılmasının başqa “bədbəxt istiqaməti” tibb mərkəzləridir. “Biz tibb mərkəzlərində koronavirusun yayılmasının qarşısını almaq və başqa xəstələri qorumaq üçün bütün qüvvələrimizi cəmlədik”, – o qeyd edib.

Torosyan həmçinin xəstəliklərin sayının çoxalmasını küçələrdə hərəkət artması, vilayətlərarası və şəhərlərarası yolların, bəzi məişət subyektlərinin açılması ilə əlaqələndirib.

Qeyd edək ki, Ermənistanda ötən həftə ərzində koronavirusa 407 yeni yoluxma qeydə alınıb, 6 nəfər COVID-19-un qurbanı olub.

Ermənistanda son gün ərzində koronavirusa daha 69 nəfər yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 746 nəfərə çatıb