Dünyanı daha dəhşətli pandemiya gözləyir – Nassim Talebdən PROQNOZ

0
364

Mən bu gün dünyada bunda da dəhşətli pandemiya görürəm”.

Bu fikirləri müasir filosof, son illərdə dünyada baş verən proseslər barədə ən dəqiq proqnoz verən analitik və dünyaca məşhur “Qara qu quşu” əsərinin müəllifi Nassim Taleb RBC-ya müsahibəsində deyib.

Nassem Talebin sözlərinə görə, pandemiya dünyada onlayn təhsil prosesini sürətləndirəcək.

“Zoom proqram artıq bunu sübut etdi. Adi universitetlər lazım olmayacaq. Bu yolla təhsil müəssisələri öz büdcələrinə xeyli qənaət etmiş olacaq. Bu proses eyni zamanda  çoxsaylı şirkətlərdə də baş verəcək. Necə ki, zamanında  faks maşınları peyda olanda çoxları şəhəri alt-üst edəcəyini düşünürdü. İnsanlar heç hara getmədən sənədlərin mübadiləsini mümkünsüz hesab edirdi. İnternet çıxanda  da ilk anlarda belə oldu. Biz artıq Zoom və digər proqram vasitəsi ilə münasibətlər qurulur. Artıq mənə günün yarısını itirib harasa getmək lazım gəlmir. Əgər mən  Atlantada evimdə oturaraq  Nyu-Yorkdakı  həmkarlarımla  rahat  əlaqə qura bilirəmsə, artıq mənim harasa getməyimə ehtiyac qalmır. Pandemiya sayəsində şirkətlər başa düşüdü ki, əməkdaşı evdə olmaqla, onun işini görə bilər. Bu, o demək deyil ki, ofislər tamamilə sıradan çıxacaq, ancaq azalacaq. İnsanlar hər gün  harasa getməyəcək. Bu isə o deməkdir ki, çoxları  şəhərdən kəndlərə köçəcək. Bu, mənim gəldiyim ilk qənaətdir.

İkincisi,  bundan sonra turizm sənayesi bundan sonra çətin ki,  bərpa olunsun. Demək olar ki, pandemiya turizm sənayesini məhv etdi”, – Nassem qeyd edib.
Epidemiyanın insanların dünya görüşünə təsirinə gəldikdə, N. Taleb bildirib ki, istehlakçı vərdişləri dəyişəcək: “İnsan evində özünütəcriddə əyləşməklə  həddən artıq lazımsız şey almaqdan qaçmağa başlayıb. Yaxşı mənada köhnə xoş günlərin geri dönüşü başlanır. Böhran bu prosesi  daha da gücləndirəcək”.

Pandemiyanın  bir neçə ilə davam edib-etməyəcəyinə gəldikdə N. Taleb deyib ki, yox, pandemiyanın illərlə davam edəcəyini  düşünmürəm. “Elə də uzun çəkməyəcək. Onu da anlamaq lazımdır ki, karantinlərin ləğv edilməsi də  epidemiyanın  başa çatması kimi anlamaq yanlışlıq olar: “Hələlik hər hansı bir aydınlıq yoxdur ki, o, gələcəkdə necə inkişaf edəcək. Biz  hələ başa düşümürük ki, virus  necə hərəkət edəcək. Epidemiya başladığı ilk günlərdə onun simptomlarının  iki həftə ərzində özünü biruzə verdiyi deyilirdi, ancaq sonradan  biz tamam başqa səhnə ilə üzləşdik. Məsələn Böyük Britaniyada  deyilən müddətdən gec özünü biruzə verdi.

İkincisi, biz hələ bilmirik ki, virusun immun toxunulmazlığına nə etdiyini də bilmirik. KİV-də sadəcə olaraq  ölüm statistikası barədə məlumat alırıq, ancaq  sağalan insana  virus hansı ciddi zərəri vurur, bu, dəyərləndirilməyib. Sözügedən virus ağ ciyərlərin üçdə bir hissəsinin funksiyasını məhv edir, beyni sıradan çıxarır.  Düzünü desəm, mən yaxın gələcəkdə daha ciddi bir pandemiyanın olacağını görürəm.

Bu, antibiotiklərin geniş yayılması səbəbindən meydana gələn bakterial müqavimətin artmasıdır. Amerika xəstəxanaları artıq belə bir problemlə üzləşiblər. Bu zamanla   bəşəriyyət üçün ciddi ölümlə nəticələnən bəlaya çevrilə bilər”.